10 iyul 2021 16:38
1956

Akif Aşırlı: "İki sahil" çox ciddi və şərəfli qəzetçilik ömrü yaşayıb - VİDEO

"İki sahil" qəzeti  Azərbaycanın ilk müstəqil nəşrlərindən biri olmaqla yanaşı, müstəqil mətbuatın formalaşmasında və inkişafında məxsusi  yeri və əhəmiyyəti olan bir qəzetdir.  Bu qəzet adında parçalanan, bölünən Azərbaycanın  vahidliyi ideyasını daşıdığı üçün həmişə maraq kəsb edir."

Bu fikirləri "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı "İki sahil"in 30 illik yubileyi münasibətilə qəzetin kollektivinə ünvanladığı təbrikində deyib.

A.Aşırlı qeyd edib ki, son  30 il müddətində Azərbaycan dövlətçiliyinin səlnaməçisi qismində çıxış edir: "Bu qəzet 30 il müddətində onlarla peşəkar jurnalistin  yetişməsində müstəsna rol oynayıb. Bu gün  də bu qəzetin redaksiyasında çalışmış, püxtələşmiş jurnalistlər Azərbaycan mətbuatının inkişafına öz töhfələrini verməkdədir. 
30 il az vaxt deyil. Bu müddət ərzində "İki sahil"  qəzeti həqiqətən də çox ciddi və şərəfli qəzetçilik ömrü yaşayıb.

Mən bu özəl və xoş gün  münasibətilə bütün həmkarlarımı təbrik edirəm. Hesab edirəm ki, ən çətin və maraqlı dönəmdə klassik qəzetçilik  ənənələrinin yaşamağı uğrunda mübarizə bu qəzetin rolunu hələ qarşıdakı dövrdə də görə biləcəyik.

Əziz həmkarlar, bayramınız mübarək!"