13 iyul 2021 04:30
1011

İraqda xəstəxanada yanğın, 40 nəfər ölüb - VİDEO

İraqın Nəsiriyyə şəhərində koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada yanğın baş verib.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, “İmam Hüseyn” adına xəstəxanada xəstələri oksigenlə təchiz edən balon partlayıb. Partlayışdan sonra yanğın başlayıb.

Qeyd olunub ki, yanğın zamanı 40 nəfər ölüb, 70 pasiyent xilas edilib. Hal-hazırda onlarla xəstə köməksiz vəziyyətdə qalıb.