18 iyul 2021 10:04
1244

Gürcüstanda xüsusi əməliyyat: 28 nəfər saxlanıldı VİDEO

Axşam saatlarında Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində polis xüsusi əməliyat keçirib.

"İki sahil" gürcü mediasına istinadən xəbər verir ki, bu barədə Daxili işlər nazirliyi məlumat yayıb.

Bildirilib ki, Mərkəzi Cinayət Polisi İdarəsi və Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar İdarəsinin əməkdaşları Baş Prokurorluqla birlikdə iki ay davam edən kompleks əməliyyat və istintaq hərəkətləri nəticəsində Poniçala qəsəbəsi və Tbilisinin müxtəlif bölgələrində 28 narkotik satıcısını saxlayıblar.

Saxlanılan şəxslərin sistematik şəkildə qanunsuz olaraq narkotik satdıqları məlum olub.

Təqsirləndirilən şəxsləri 8 ildən 20 ilə və ya ömürlük həbs cəzası gözləyir.