18 iyul 2021 16:04
997

Yanacaqdaşıyan avtomobil partlayıb

Keniyanın cənub-qərbindəki magistral yolda yanacaqdaşıyan avtomobilin partlaması nəticəsində azı 13 nəfər ölüb, 11 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, Siay vilayətində yanacaqdaşıyan avtomobil süd daşıyan yük maşını ilə toqquşub. Partlayış isə yanacaq boşaldılan zamanı baş verib.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın tam şəkildə lokallaşdırılıb. Yaralıların vəziyyəti barədə məlumat verilmir.