24 iyul 2021 00:56
937

Bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb- Müdafiə Nazirliyi

Ermənistan mətbuatının guya Azərbaycana məxsus PUA-nın Vedi rayonunun Arazdəyən kəndi üzərində vurulması barədə yaydığı xəbər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb.