24 iyul 2021 17:39
955

Xocavənd rayonunda düşmən tərəfindən minalanmış ərazidə baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Xocavənd rayonunun Şahyeri kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, məlumatla əlaqədar FHN-in Aviasiya dəstəsinin iki helikopteri dərhal yanğının söndürülməsi işlərinə cəlb edilib.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğının sıx meşəlik sahəyə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.