UEFA Çempionlar Liqasının 2020/2021 mövsümündə ən yaxşı qolun müəllifi bəlli olub.
“İki sahil” xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən bu ada Portuqaliya "Portu"sunda çıxış edən Mehdi Terami layiq görülüb.
İranlı hücumçunun 1/8 final mərhələsinin cavab matçında İngiltərənin "Çelsi" klubuna 90+3-cü dəqiqədə vurduğu baxımlı qol ən yaxşı seçilib. Teraminin qolu matçda yeganə olub.
İlk qarşılaşmada 0:2 hesabı ilə uduzan Portuqaliya təmsilçisi mübarizəni dayandırıb. "Çelsi" finalda "Mançester Siti"ni məğlub edərək turnirin qalibi olub.
Mehdi Taremi's sensational bicycle kick has been voted https://t.co/sQezPQoaea Goal of the Season!@FCPorto | @MehdiTaremi9 | #GoalOfTheSeason pic.twitter.com/sH6Xfn6uuC
— UEFA Champions League (@ChampionsLeague) July 29, 2021