Türkiyə Superliqasına yüksələn “Çorum” klubu “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçi transfer etmək istəyir.
“İki sahil” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı monteneqrolu futbolçu ilə danışıqlar başlanıb. Bildirilib ki, təcrübəli oyunçu “Çorum”un orta xətt üçün əsas transfer hədəflərindən biridir.
Qeyd edək ki, Marko Yankoviç 2022-ci ildən Ağdam klubunda çıxış edir.