"Gəncə" basketbol klubu baş məşqçisi Martin Knejeviçlə yolları ayırıb.
Klubdan “İki sahil”ə verilən məlumata görə, FIBA Avropa Kubokundakı uğursuz nəticələrdən sonra "Gəncə" rəhbərliyi ilə mütəxəssis arasında görüş keçirilib. Komandanın çıxışı müzakirə olunub.
Qarşılıqlı razılıq əsasında baş məşqçinin müqaviləsinə xitam verilib.