17 oktyabr 2026 12:21
114

FIFA U-20 Dünya Çempionatı 2027 üçün Bakıda xüsusi təqdimat keçirildi

FIFA U-20 Dünya Çempionatı 2027-nin rəsmi brendi Bakının simvolik məkanlarından olan Qız Qalasında, həmçinin Bakı Olimpiya Stadionunda xüsusi proyeksiya ilə nümayiş etdirilib.
“İki sahil” xəbər verir ki, layihə çərçivəsində turnirin rəsmi emblemi və brend elementləri hər iki məkanda xüsusi vizual effektlərlə təqdim olunub.
Qeyd edək ki, 2027-ci ildə U-20-lər arasında keçiriləcək dünya çempionatına Azərbaycan və Özbəkistan birgə ev sahibliyi edəcəklər.