17 oktyabr 2026 11:52
102

Konte “Mançester Yunayted”i çalışdırmağa hazırdır

İtaliyalı məşqçi Antonio Konte İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi olmaq istəyir.

“İki sahil” xəbər verir ki, TEAMtalk nəşrinin məlumatına görə, 57 yaşlı mütəxəssisin nümayəndələri Mançester klubunun rəhbərliyi ilə yenidən əlaqə saxlayaraq onun bu vəzifəyə marağını təsdiqləyiblər.

Ötən mövsümün sonunda “Napoli”dən ayrılan Konte hazırda işsizdir. O, əvvəllər yeni komandada fəaliyyətə mövsümün əvvəlindən başlamağa üstünlük versə də, indi mövqeyini dəyişib.

İtaliyalı mütəxəssis zəngin tarixə malik və əvvəlki səviyyəsinə qayıtmaq istəyən klubu mövsümün ortasında da qəbul etməyə hazırdır.

Bildirilir ki, Konte “Mançester Yunayted”ə təyin olunacağı təqdirdə yanvar transfer pəncərəsində heyətin gücləndirilməsini tələb edəcək. O, komandaya 3 yeni futbolçunun alınmasını istəyir.

Qeyd edək ki, “Mançester Yunayted” bu mövsüm İngiltərə Premyer Liqasında 6 oyuna 6 xal toplayıb. Komanda Liqa Kubokunda “Brayton”a uduzaraq mübarizəni dayandırıb, Çempionlar Liqasında isə “Atletiko”ya məğlub olub.

Konte 2026-cı ilin yayında da “Mançester Yunayted”i çalışdırmağa maraq göstərib. Lakin həmin vaxt klubun rəhbərliyi Maykl Kerrikə etimadı davam etdirmək qərarına gəlib.