Misli Premyer Liqasında 8-ci turrunda “Qəbələ” “Sabah”ı qəbul edib.
“İki sahil”in məlumatına görə, oyunun 45+1-ci dəqiqəsində qonaqların futbolçusu Abdula Xaybullayev hesabı açıb. 74-cü dəqiqədə isə Aleksey İsayev “Sabah”ın üstünlüyünü iki qola yüksəldib. 88-ci dəqiqədə Coy Lens Mikels “bəyquşlar”ın üçüncü qolunun müəllifi olub. Qarşılaşmada son qolu 90+3-cü dəqiqədə Aleksey İsayev vurub. Bununla da “Sabah” səbərdə böyükhesablı qələbəyə sevinib.
Misli Premyer Liqası,
8-ci tur
17 oktyabr (şənbə)
16:00. “Qəbələ” 0-4 “Sabah”
Qollar: Abdula Xaybullayev, 45+1 (0-1), Aleksey İsayev, 74 (0-2), Coy Lens Mikels, 88 (0-3) Aleksey İsayev, 90+3 (0-4)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Bəkirov, Rəşad Əhmədov (VAR), Rahil Ramazanov (AVAR)
Qəbələ şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”