06 avqust 2021 09:38
896

Qəzəbli öküz hasarı dağıdıb tamaşaçılara hücum etdi - VİDEO

Meksikada öküz rinqdən çıxaraq tribunada əyləşən tamaşaçılara hücum edib.

İnsident Meksikanın Puruandiro şəhərində baş verib.

Hasarı dağıdan öküz tamaşaçıların oturduğu tribunaya daxil olub və qarşına çıxan hamını öz buynuzlarının altına salıb.

Nəticədə 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Tribunda çaxnaşmanın ardından basırıq yaranıb.

Səlahiyyətli qurumlar hadisənin araşdırmasına başlayıb.

Oxu.Az