Eltay Əliyev 1979-cu ildə müsabiqədə iştirak edərək Heydər Əliyev adına Neft Emalı Zavoduna çilingər vəzifəsinə qəbul olunub.
“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın sosial şəbəkə hesabında xəbər paylaşılıb.
O, bir neçə vaxtdan sonra usta kimi fəaliyyətini davam etdirməyə başlayıb. Artıq 42 ildir ki, həyatını böyük istehsalat müəssisəsi ilə bağlayıb. Çalışdığı müddətdə 4 istehsalat qurğusunun tikintisində və istehsala buraxılışında iştirak edib.
Hazırda zavodun modernizasiya prosesində əməyi keçən neftçilərdəndir. “Şöhrət” ordenli Eltay ustanın əməyi dövlət tərəfindən də qiymətləndirilib.
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib