31 avqust 2021 17:31
1125

Məşhur aktyor dünyasını dəyişdi

"Emmy" tarixində 7 mükafata layiq görülərək rekorda imza atan amerikalı aktyor Ed Asner vəfat edib.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, ölüm səbəbi açıqlanmayan aktyor 91 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, bir çox layihələrdə yer alan E.Asner ən çox "Yuxarı" ("Up") animasiyasında yaşlı "Karl Fredriksen" obrazını səsləndirərək məşhurlaşıb.