06 sentyabr 2021 11:17
952

Məşhur müğənni xərçəngdən vəfat etdi

Tanınmış müğənni və aktrisa, "Girls Aloud" qrupunun solisti Sarah Hardinq 39 yaşında vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə ifaçının anası Meri Hardman sosial şəbəkədə yazıb.

Sarah bir neçə ildir xərçəngdən müalicə alırdı.

Qeyd edək ki, müğənniyə xərçəng diaqnozu ötən ilin yazında qoyulub.