06 sentyabr 2021 11:28
808

3 ildən sonra yeni seriala çəkiləcək

Aktrisa Gökçe Akyıldız 3 illik aradan sonra ekranlara geri dönür.

“İki sahil” xəbər verir ki, oyunçu türk şairi Məhməd Akif Ərsoyun həyatından bəhs edən "Akif" serialının heyətinə daxil olub.

O, ekran işində şairin qızı "Cəmilə" roluna həyat verəcək.

Qeyd edək ki, G.Akyıldız sonuncu dəfə "Kırgın çiçekler" serialında "Songül" obrazını canlandırıb.