06 sentyabr 2021 13:52
909

Ögey anasını məhkəməyə verdi

Türkiyənin məşhur müğənnisi Burcu Güneş ögey anası Nuray Güneşi məhkəməyə verib.

"İki sahil" Türkiyə mediasına istinadən xəbər verir ki, o, ifaçının atasından ona miras qaldığını iddia etdiyi evi qeyri-qanuni yolla öz adına keçirməyə çalışıb.

Bu səbəbdən Burcu ögey anası barədə mülkiyyət sənədinin ləğvi ilə bağlı iddia qaldırıb.

Qeyd edək ki, B.Güneşin atası Ali Güneş 2002-ci ildə dünyasını dəyişib. Nuray Güneş oğlu ilə sözügedən mənzildə 31 il qalıb. İkinci dəfə ailə qurduqdan sonra məhkəmə prosesindən yayınmaq üçün evi hazırki həyat yoldaşının adına keçirib.