Məşhur şoumen Mehmet Ali Erbil yeni sevgilisi ilə gündəmə gəlib.
"İki sahil" Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük Belarusda görüntülənib. Bununla da 64 yaşlı Mehmetin son zamanlar bu ölkəyə tez-tez getməsinin səbəbi aydın olub.
Şoumenin sevgilisinin ondan 30 yaş kiçik türkmənistanlı Kristina olduğu ortaya çıxıb.
Cütlüyün səyahət zamanı təyyarədə tanış olduğu öyrənilib.