Space TV ilə yollarını ayıran və Dünya TV-də qısa müddət ərzində çalışan Mikayıl Güləddinoğlu yeni mövsümdə fərqli kanalda işinə davam etmək niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə aparıcının özü məlumat verib. O, Dünya TV ilə yollarını ayırdığını, ATV ilə danışıqlara başladığını vurğulayıb: “Bütün kanallardan təklif almışam. Ancaq ATV kanalı ilə danışıqlar gedir. Televiziyaya gedib görüş keçirmişəm. Həmçinin MTV kanalı ilə danışıqlar olub. Lakin təklifləri dəyərləndirirəm, yekun bir qərar verməmişəm”.
Qeyd edək ki, axşam.az saytı Güləddinoğlunun MTV-də işə başlayacağını yazmışdı.