Azərbaycanda Vətən müharibəsi şəhidlərinin Anım Gününün qeyd olunması şərəfinə Kolumbiyanın paytaxtı Boqota şəhərinin simvolu olan məşhur “Colpatria” binası üçrəngli bayrağımızın rənglərinə bürünüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən məlumat verilib.
Eyni zamanda binanın üzərində “27 sentyabr – Azərbaycan qəhrəmanlarını yad edir” sözləri işıqlandırılıb.
Qeyd edilir ki, Peruda paytaxt Lima şəhərinin mərkəzi küçələrində yerləşən böyük ölçülü lövhələrdə də Azərbaycan bayrağı və “27 sentyabr – Azərbaycan qəhrəmanlarını yad edir” sözləri əks olunub.
#Kolumbiyanın #Boqota şəhərində məşhur Colpatria binası üçrəngli bayrağımızın rənglərinə bürünüb - binanın üzərində “27 sentyabr- Azərbaycan qəhramanlarını xatırlayır” sözləri işıqlanır #anımgünü #VətənMüharibəsi #QarabagAzerbaycandır @AzerbaijanMFA @LAbdullayevaMFA @AzEmbMex pic.twitter.com/iRDfmQ6u6e
— Mammad Talibov (@MATalibli) September 28, 2021
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub
Ali Məclisin növbədənkənar sessiyasının ilk iclasında 3 məsələ müzakirəyə çıxarılıb
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb