Milli Məclisin deputatı Könül Nurullayeva 27-30 sentyabr tarixləri arasında keçilən Avropa Şurası Parlament Assambleyasının builki payız plenar sessiyası çərçivəsində "Təhlükəsiz, sağlam və təmiz ətraf mühit hüququ uğrunda bərabərsizliklə mübarizə" mövzusunda çıxış edib.
“İki sahil” xəbər verir ki, K.Nurullayeva çıxışı zamanı ilk olaraq Ermənistanın istər münaqişə dövründə, istər də post-münaqişə dövründə ölkəmizə qarşı törətdiyi ekoloji terrordan və onun yaratdığı fəsadlardan bəhs edib.
Millət vəkili Bəsitçay Dövlət Təbiət Qoruğunda meşə sahələrinin məhv edilməsi, Oxçuçayın sənaye tullantıları ilə bilərəkdən çirkləndirilməsi haqqında məlumatları xüsusilə tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Könül Nurullayeva çıxışının sonunda isə üzv dövlətlərdə adekvat ətraf mühitin yaradılması istiqamətində hazırladığı təkliflər planını irəli sürüb.
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub
Ali Məclisin növbədənkənar sessiyasının ilk iclasında 3 məsələ müzakirəyə çıxarılıb
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb