Kiyevdə yaşayan azərbaycanlı jurnalist, rejissor Fuad Əliyev Ukraynanın tatarlara məxsus, tanınmış “ATR” televiziyasında “Bu gün” proqramının qonağı olub.
“İki sahil” xəbər verir ki, bir saatlıq efirdə mövzu Azərbaycanın tarixi və bu günü ilə bağlı olub.
Aparıcının suallarını cavablandıran F.Əliyev Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən, müharibənin ildönümü ərəfəsində mövcud geosiyasi gerçəklikdən danışıb.
Proqramda həmçinin müstəqliyinin bərpasının 30 illiyinə hazırlaşan Azərbaycanın cümhuriyyət tarixindən də bəhs edilib, Ukrayna-Azərbaycan əlaqələri və o ölkədə azərbaycanlıların fəaliyyətindən danışılıb.
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub
Ali Məclisin növbədənkənar sessiyasının ilk iclasında 3 məsələ müzakirəyə çıxarılıb
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb