03 dekabr 2021 17:34
1032

Yasamal rayonunda humanitar aksiya keçirilib FOTO

YAP Yasamal rayon təşkilatı Beynəlxalq Əlillər Günü münasibətilə əlilləri ziyarət edib

Dekabrın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı Beynəlxalq Əlillər Günü münasibətilə rayon ərazisində yaşayan əlilləri ziyarət edib, onlara sovqat paylayıblar. 

“İki sahil” xəbər verir ki, gənclər və partiya fəalları müvafiq kateqoriyadan olan insanlarla görüşüb, onların vəziyyəti ilə maraqlanıblar. 

Ziyarət olunan şəxslər onlara göstərilən diqqət və qayğıya görə partiyanın Sədri, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər və qeyd ediblər ki, belə tədbirlər onların sosial rifahlarının yüksəldilməsinə töhfə verməklə yanaşı, onlarda xoş əhval-ruhiyyə yaradır.