04 dekabr 2021 15:26
1290

Qazilərimiz üçün tədbir təşkil edilib

Beynəlxalq Əlillər Günü münasibətilə Bakı Uşaq və Gənclər Teatrı Bakı Reabilitasiya Mərkəzində olan qazilərimiz üçün tədbir təşkil edib.

“İki sahil” xəbər verir ki, tədbirdə Əfruz Əliyeva, Ədalət Ağaverdiyev, Yusif  ifasında musiqi nömrələri  və teatrın repertuarında öz fəxri yerini tutan “Vətən” tamaşası nümayiş olunub. “Vətən” tamaşası Azərbaycanın Dövlət himninə və bayrağına həsr olunub. Dövlət atributlarına, Azərbaycanın tarixinə və keçdiyi şərəfli mübarizə yoluna hörmət, vətənpərvərlik hissləri aşılayır. Tamaşada rolları Niyaz İlyasoğlu, Rauf Hüseynli, Qurban Əhmədov ifa edirlər.