04 dekabr 2021 15:50
1227

Əziz Səncər Şuşaya səfər edib

Kimya üzrə Nobel mükafatı laureatı, DNT sahəsində mühüm kəşfləri ilə tanınan, ABŞ Milli Elmlər Akademiyasının üzvü, dünyaşöhrətli alim Əziz Səncər Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə birgə işğaldan azad olunmuş Şuşa şəhərinə səfər edib.

“İki sahil” xəbər verir ki, bu barədə C.Bağçı tviterdə yazıb.

“Yayın ayrı, qışın ayrı gözəldir, Şuşa. Ciyərlərimiz Qafqazın havası ilə doldu. Çox şükür. Şuşadan Kəlbəcər, Murovdağına və Cıdır düzündən Xocalıya və Böyük Qafqaz dağlarına salam olsun”.