Dağlar diyarı Yardımlı rayon Heydər Əliyev Mərkəzində təşkil olunan növbəti tədbirin qonaqları şəhər 2 saylı tam orta məktəbin şagirdləri idi. “Şərəfli ömür yolu” adlı tədbir isə Ulu Öndər Heydər Əliyevin qarşıdan gələn anım gününə həsr olunmuşdu.
Tədbir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq büstü önünə gül dəstələri qoyulmaqla başlandı. Sonra dəyirmi masa ətrafına toplaşan tədbir iştirakçıları Ulu Öndərin, eləcə Vətən torpaqların azadlığı uğrunda canını qurban vermiş şəhidlərin xatirələrini bir dəqiqəlik sükutla yad etdilər.
Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev dahi şəxsiyyətin şərəfli ömür yolu haqqında şagirdlərə danışaraq bildirdi ki, müasir dövlətçilik tariximizi yazan, Azərbaycanı məhv olma təhlükəsindən qurtaran və insanların yaddaşına əbədi həkk olunmuş əvəzolunmaz, müdrik insanın dövlətimiz qarşısındakı xidmətləri əvəzsizdir. Ulu öndər ömrün sonuna kimi yalnız öz xalqının xoşbəxtliyi üçün çalışmışdır.
Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadənin də xalqının milli maraqlarını hər zaman uca tutan fenomen şəxsiyyət haqqında fikirlərini şagirdlər maraqla dinlədilər.
Tədbirdə “Dahi Şəxsiyyət” filmin nümayişindən sonra məktəblilər həm də mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Şuşanın qayalarına yazılan adlar: Vətənpərvərlik tarixə iz salmaq deyil, tarixi qorumaqdır