06 dekabr 2021 16:05
966

Masallının mədəniyyət işçiləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər

Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşəbbüsü ilə adıçəkilən qurum əməkdaşları Fəxri xiyaban, Şəhidlər xiyabanı və Hərbi Qənimətlər Parkı ziyarət ediblər.

Əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirilib.

Sonra Şəhidlər xiyabanı ziyarət edilərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi hörmətlə yad edilib.

Daha sonra mədəniyyət işçiləri Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsinin əyani təcəssümü olan Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

Əməkdaşlar 44 günlük Vətən müharibəsində ordumuzun işğalçı Ermənistan hərbi birləşmələrindən ələ keçirdiyi hərbi qənimətlərlə yaxından tanış olublar.

Hərbi Qənimətlər Parkına ekskursiya ziyarətçilərdə xalqımızın Vətən müharibəsində qazandığı böyük tarixi Qələbə haqqında dolğun təsəvvürlər yaratmaqla yanaşı, onlara qürurlu və sevincli anlar yaşadıb.

Əlihüseyn Şükürov,

Masallı rayon sakini