Dekabrın 6-da Gədəbəydə 44 günlük vətən müharibəsində Vətənimizin müdafiəsi uğurunda öz canından keçən şəhidimiz- rayonun Kiçik Qaramurad kənd sakini Quluyev Mehtab Ənvər oğlunun doğum günü münasibətilə mərasim keçirilib.
“İki sahil” xəbər verir ki, mərasimdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının vəzifələrini icra edən Natiq Nağıyev, Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rüstəm Nağıyev, YAP Gədəbəy rayon təşkilatı Gənclər Birliyinin üzvləri, Gədəbəy rayon Ağsaqqallar şurasının sədri Kərəm Məmmədov, Gədəbəy rayon Cümə məscidinin imamı Rövşən Mustafayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon ictimaiyyəti və kənd sakinləri iştirak ediblər.
Şəhid Mehtab Quluyevin doğum günü münasibətilə məzarı ziyarət edilib, ruhuna dualar oxunub, ailəsi ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənilib.
Şəhidin valideyinləri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Şuşanın qayalarına yazılan adlar: Vətənpərvərlik tarixə iz salmaq deyil, tarixi qorumaqdır