07 dekabr 2021 15:25
867

Böyük qayıdışın başlanğıcı FOTO

Yardımlı rayon Heydər Əliyev Mərkəzində  Ulu  Öndər Heydər Əliyevin  qarşıdan gələn anım günü ilə bağlı  silsilə tədbirlər davam edir. Bunların çərçivəsində  növbəti tədbir  “Böyük qayıdışın başlanğıcı” adlanırdı. Tədbirə Mərkəzin əməkdaşları, Ostayir kənd tam orta məktəbinin müəllim və şagird kollektivi  qatılmışdı. .

İlk öncə, iştirakçılar Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq  büstü önünə  tər gül dəstələri düzdülər. Sonra dəyirmi masa ətrafına toplaşan tədbir iştirakçıları   Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda həyatını fəda etmiş  Vətən şəhidlərin  xatirəsini  yad etmək üçün  bir dəqiqəlik sükut  elan etdilər.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev öz çıxışında  dahi şəxsiyyətin zəngin və şərəfli ömür yolunu  əhatə edən bir sıra tarixi nüanslara toxundu.

Bildirdi ki, SSRİ dövründə Qarabağın dağlıq hissəsinə verilən muxtariyyət və sonrakı dövrlərdə bu ərazinin Ermənistana birləşməsinə çalışan erməni siyasətçilərinin separatçı əməllərinin qarşısını vətənpərvər dövlət adamı Heydər Əliyev aldı.

 Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə isə dolğun faktlar əsasında  ümummilli liderin xalqın milli maraqlarını rəhbər tutaraq iqtisadiyyat, mədəniyyət, sənaye və ictimai həyatın digər sahələrinə verdiyi misilsiz töhfələri tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tədbirin sonunda  “Heydər Əliyev və Qarabağ” sənədli filmi nümayiş edildi, dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxış oldu.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü