Bu gün Milli Məclisin deputatı Hicran Hüseynova ilə Sumqayıtda qadınlardan ibarət təşəbbüs qrupunun görüşü keçirilib.
“İki sahil” xəbər verir ki, təşəbbüs qrupu bir neçə ildir ki, Sumqayıtda müxtəlif məsələlərlə bağlı könüllü şəkildə tədbirlər keçirirlər.
Bu yaxınlarda Prezidentin “Qarabağa qayıdış”la bağlı müraciətindən sonra həmin qadınlar Sumqayıtda yaşayan keçmiş məcburi köçkün qadınlar arasında 200 nəfərlik bir sorğu keçiriblər. Sorğuda müxtəlif suallarla, həm də “Qarabağa qayıdış”la bağlı istəklər, gözləntilər haqqında suallar toplusu hazırlanıb. Həmin qadınlar sorğunu hazırladıqdan sonra həm də 4 qrupdan ibarət görüş keçiriblər və həmin görüşdə də müxtəlif suallarla bağlı cavablar alınıb. Ümumilikdə respondentlərin əksəriyyəti bildiriblər ki, onlar Qarabağa dönmək, yaşamaq arzusundadırlar.
Bu təşəbbüs qrupundan ibarət olan qadınlar, müəllimlər, ziyalılarımız həm də Qarabağa dönüş zamanı könüllü olaraq müxtəlif sahələrdə çalışmaq istəyirlər. Onlar müxtəlif icmaların yaradılmasına, qadınların və orada yaşayan sakinlərin arasında olan problemlərin araşdırılması, üzə çıxarılması məsələlərinə də könüllü şəkildə yardım etmək istəyirlər. Bu müəllimlər həm COVID-19 zamanı, müharibə və müharibədən sonrakı illərdə müxtəlif imkansız ailələrin evlərini ziyarət edib, şəhid və qazi ailələrini ziyarət edib, könüllü şəkildə onların uşaqlarının müxtəlif yarışlara cəlb olunmasına köməklik göstəriblər. Bundan sonra da bu təşəbbüs qrupunun üzvləri müxtəlif bu tipli tədbirləri keçirəcəklər.
Qadınlar Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynovaya görüş zamanı gördükləri müxtəliş işlər barədə məlumat verib və qadın məsələlərində və qadın problemlərinin həllində çox böyük əməyi olan Hicran Hüseynovaya bu təşəbbüslərə qoşulmasını və həmin təşəbbüs qrupunun daha da genişlənməsinə köməklik göstərməsini xahiş ediblər.
Görüşdə Hicran Hüseynova da görülən işlərin təqdirəlayiq olduğunu bildirib və gələcəkdə müxtəlif sahələrdə, xüsusi ilə də şəhid və qazi ailələrinin, onların övladlarının müxtəlif peşələrə yiyələnməsinə dəstək olmasında bərabər işləmək üçün məsləhətlər verib.
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Şuşanın qayalarına yazılan adlar: Vətənpərvərlik tarixə iz salmaq deyil, tarixi qorumaqdır
BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmağı tövsiyə edib