07 dekabr 2021 16:42
873

Saatlıda şəhid Rəşad Həsənlinin ildönümü edilib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının nümayəndələri 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası üçün qarşısına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərkən qəhrəmancasına şəhid olmuş Həsənli Rəşad Yaşar oğlunun ildönümü mərasimində iştirak ediblər.

“İki sahil” xəbər verir ki, mərasim iştirakçıları şəhidin ailə üzvləri ilə görüşüblər, şəhidin məzarını ziyarət edərək məzarı önünə gül dəstələri düzüblər.

Şəhidin ailə üzvləri ilə görüş zamanı qeyd olunub ki, qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza şanlı Qarabağ zəfərini bəxş edib.

Görüşdə şəhidin Vətən müharibəsinin ilk günündən ön cəbhədə savaşdığı, döyüş meydanında böyük şücayət və cəsarət nümunələri göstərdiyi xüsusi qeyd olunub.

Şəhidin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!