“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Medianın İnkişafı Agentliyi ilə birgə jurnalistlər üçün “Azərbaycanın logistika imkanları. Real vəziyyət və perspektivlər” mövzusunda silsilə təlimlərə start verib. İnterkativ formada keçirilən təlimin əsas məqsədi ölkəmizdə sahəvi jurnalistikanı inkişaf etdirmək, media təmsilçilərinin bu sahədə daha dolğun məlumatlandırılmasını təmin etməkdir.
Dekabrın 7-də Bakı Limanında təşkil olunan ilk təlimdən əvvəl jurnalistlər ölkəmizin logistika mərkəzi olan limanın texniki imkanları, “Əsas yük terminalı”, “Ro-ro” və “Bərə” terminallarının fəaliyyəti ilə yerində tanış olublar, yük aşırma prosesini izləyiblər.
Təlimə videoformatda qoşulan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov rəhbərlik etdiyi qurumun media ilə əlaqələrindən bəhs edərək kütləvi informasiya vasitələri ilə olan münasibətlərin bundan sonra da davam edəcəyini bildirib. “Hər bir təşkilatın cəmiyyət ilə əlaqələri mediadan keçir”- deyə vurğulayan T. Ziyadov jurnalistlər üçün keçirilən təlimlərin bu istiqamətdə böyük rola malik olduğunu qeyd edib.
Təlim müddətində jurnalistlərə Bakı Limanının peşəkar mütəxəssisləri tərəfindən qitələri birləşdirən əsas nəqliyyat dəhlizləri barədə məlumat verilib, Avropa ilə Asiyanı birləşdirən “Orta dəhliz”in əhəmiyyəti və onun alternativləri ilə müqayisəsi təqdim edilib. Eyni zamanda, iştirakçılara, “Zəngəzur dəhlizi”-nin ölkəmizdən tranzit keçməklə daşınacaq yükün həcminə təsiri, bu dəhlizin istifadəyə verilməsi ilə birlikdə “Orta dəhliz”in əldə edəcəyi üstünlüklər barədə məlumat verilib, onların sualları cavablandırılıb. Bununla yanaşı media nümayəndələri Bakı Limanında tətbiq edilən müasir elektron sistemlər, beynəlxalq əməkdaşlıq və gələcək layihələr və bu yeniliklərin yükaşırmaya təsiri barədə də məlumatlandırılıblar.
Ceyhun Piriyev, “İki sahil”
Şuşanın qayalarına yazılan adlar: Vətənpərvərlik tarixə iz salmaq deyil, tarixi qorumaqdır
BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmağı tövsiyə edib
FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb