08 dekabr 2021 18:46
1055

Milli Məclisin deputatı Şamaxıda seçicilərlə görüşüb FOTO

Milli Məclisin deputatı Tamam Cəfərova Şamaxı rayonunun Nüydü, Adnalı, Çarhan, Sabirli kənd sakinləri ilə görüş keçirib.

“İki sahil” xəbər verir ki, kənd sakinlərinin müraciətləri əsasən yol infrastrukturunun yenidən qurulması, içməli su təchizatının yaxşılaşdırılması, işıq dirəklərinin dəyişdirilməsi, tibb məntəqəsinin təmir olunması, telekommunikasiya və internet problemi, dağ rayonlarında qaz limitinin artırılması, zəlzələdən zərər çəkmiş evlərin təmiri və bərpası məsələləri ilə əlaqədar olub.

Seçicilərin hər birinin qaldırmış olduqları problemlər və təkliflər millət vəkili Tamam Cəfərova tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağını bildirib.

Vətəndaşlarla görüşdə Şamaxı Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mərdan Nəhmətov, Şamaxı Rayonu Ağsaqallar Şurasının sədr müavini Fatmaxanım Quliyeva  da iştirak edib.