09 dekabr 2021 11:33
653

Xalqın xilaskarı - FOTO

Ulu Öndərin anım günü ilə bağlı Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə xüsusi karantin rejiminə əməl olunmaqla “Xalqın xilaskarı” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Tədbirdə Masallı Rrayon Heydər Əliyev Mərkəzinin kollektivi, Masallı rayon «Ziyalılar» Cəmiyyətinin sədri, «Tərəqqi» medallı Qardaş Fətullayev, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının, Masallı rayon Tarix-diyarşünaslıq Muzeyinin, Masallı Gənclər Evi “Sosial Xidmət Müəssisəsi”nin, GİKM-in Masallı nümayəndəliyinin, Masallı rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, həmçinin Masallı Dövlət Regional Kollecinin müəllim və tələbə heyəti iştirak ediblər.

Öncə Ümummili Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Mərkəzin direktoru Dilbər İbayeva konfransı açıq elan edərək müasir Azərbaycanın əldə etdiyi tərəqqi və inkişafın  bilavasitə həyatının böyük hissəsini öz xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib.

Masallı rayon «Ziyalılar» Cəmiyyətinin sədri, «Tərəqqi» medallı  Qardaş Fətullayev ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrindən bəhs edib, diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı kimi düşüb. Q.Fətullayev Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində həyata keçirdiyi işlərdən bəhs edib.

Daha sonra tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin Baş fond müdiri Gülcahan Vəkilzadə, Gənclər və İdman İdarəsinin əməkdaşı Mehman Zahidov və MDRK-nin müəllimi Elvira Soltanzadə Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən, ölkənin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar. Çıxışlarda ölkəmizin inkişafında qazanılan bütün nailiyyətlərin ulu öndər Heydər Əliyev siyasətinin bəhrəsi olduğu bildirilib, Ulu Öndərin tarixdəki müstəsna rolundan bəhs edilib.

Əlihüseyn Şükürov,

Masallı rayon sakini