10 dekabr 2021 14:47
1124

"Ulu Öndər Heydər Əliyevin irsi gəncliyimizin və gələcəyimizin uğurlu təminatcısıdır”

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Heydər Əliyevin anım gününə həsr olunmuş "Ulu Öndər Heydər Əliyevin irsi gəncliyimizin və gələcəyimizin uğurlu təminatcısıdır” mövzusunda tədbir keçirilmişdir

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun və YAP  İnstitut  üzrə partiya təşkilatının təşkilatcılığı ilə Heydər Əliyevin anım gününə həsr olunmuş  “ Ulu Öndər Heydər Əliyevin irsi gəncliyimizin və gələcəyimizin uğurlu təminatcısıdır” mövzusunda tədbir keçirilib. Tədbirə İnstitut rəhbərliyi, Yeni Azərbaycan Partiyasının İnstitutut üzrə bir sıra partiya üzvləri, Gənc Alimlər Şurasının fəalları və  Bakı şəhər 187-saylı orta məktəbin bir qrup pedaqoji heyəti və dərs əlaçıları qatılmışlar.

“İki sahil” xəbər verir ki, Azərbaycanın dövlət himni səsləndikdən sonra Ulu Öndər Heydər Əliyevin  və  Vətənimizin azadlığı uğrunda canlarından kecən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə çıxış edərək Heydər Əliyev fenomeninin fəlsəfi mahiyyətinin dərk olunması istiqamətində ziyalıların gənclər qarşısındakı fəaliyyətini önə cəkdi. Bu günkü qüdrətli Azərbaycanın Heydər Əliyev ideyaları əsasında formalaşdığını və Qələbənin fəlsəfəsində siyasi varislik amilinin rolunu şərh etdi. Ulu Öndərin əbədiyaşarlıq mahiyyətinin gələcək nəsillərə ötürülmsi istiqamətində qarşıda duran vəzifələri diqqətə catdırdı.

YAP İnstitut  üzrə partiya təşkilatının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov gənclərlə ziyalıların elmi müstəvidə görüşlərinin ideoloji əhəmiyyətini diqqətə catdırdı. Bu sahədə gənclərimizin fəallığının müsbət hal olduğunu, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin dərk olunması istiqamətində aparılan işlərin səmərəsinin artırılmasına və gəncliyimizə verdiyi tövhəyə dair fikirlərini əsaslandırdı.

İnstitutun şöbə müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, fəlsəfə üzrə fəlsəfə doktoru,  Vətən müharibəsi iştirakcısı, Radif Mustafayev, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov mövzu ətrafında cıxış edərək Azərbaycanın gələcək hədəflərində milli düşüncəli gənclərimizin roluna dair fikirlərini bildirdilər, Ulu Öndərin gənclərlə bağlı həyata keciridiyi, Prezident İlham Əliyevin isə bu sahədə uğurlu strategiyasının əhəmiyyətini diqqətə catdırdılar.

Daha sonra elmi işci,  Hümay İsayeva, “Qarabağ qalibiyyəti-Azərbaycan gənclərinin  vətənpərvərlik  tərbiyyəsindəki əhəmiyyəti kimi”, fəlsəfə üzərə fəlsəfə doktoru Anar Qafarov  “Milli özünüdərk və dövlətçilik şüurunun formalaşmasında  Heydər Əliyevin rolu”,  İnstitutun Gənc Alimlər Şurasının sədri Tünzalə Musayeva “Ulu Öndər  Heydər  Əliyevin irsi və müasir gənclik”, elmi işci  Vüsalə Gülmalıyeva  “Müasir Azərbaycanın cəsarət ruhlu gəncləri”, elmi işci Toğrul Salmanzadə “Ulu Öndər Heydər Əliyevin  gənclər siyasəti və Müstəqil Azərbaycanda gənclərin rolu” mövzusunda məruzələrlə cıxış etmişlər.

Tədbirdə  Bakı şəhər 187 saylı  məktəbin dərs hissə müdiri  Nərmin Abbasxanova pedaqoji heyətin alimlərlə görüşünün əmiyyətindən, yaradılan əməkdaşlığın Ulu Öndər Heydər Əliyevin irsinin dərindən mənimsədilməsi ücün müəllimlərə və şagirdlərə mühüm faydasından danişdi. Məktəbin qabaqcıl şagirdlərindən Sadiq Bəndiyev, Turan Mustafayev, Murad İsmayılzadə Ulu Öndər Heydər Əiyevin həyat fəaliyyətinə dair hazirladıqları şer və mətnlər tədbir iştirakcıları tərəfindən maraqla qarşılandı.

Tədbirin sonunda alimlərlə gənclər birlikdə Ulu Öndər Heydər Əiyevin və şəhidlərimizin  məzarlarını ziyarət etdilər.