10 dekabr 2021 16:55
781

YAP Səbail rayon təşkilatının ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir - FOTO

YAP Səbail rayon təşkilatı “Üzeyir Hacıbəyov 84 (2)” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

“İki sahil” xəbər verir ki, ərazi partiya təşkilatının sədri Vüqar Məmmədov hesabat məruzəsi ilə çıxış edərək təşkilatın VI qurultayından sonraki dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. V.Məmmədov bildirib ki, təşkilatdakı YAP üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər.

Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi partiya təşkilatının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilib.

Yığıncaqda çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar  Nağıyev hesabat məruzəsini və ərazi partiya təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib. YAP-ın Sədri cənab Prezident İlham Əliyevin təhsil sahəsində apardığı düşünülmüş və məqsədyönlü siyasətdən danışan M.Nağıyev vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyev heç bir xarici təyziqlərə məhəl qoymayıb: “Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunması, mövcud iqtisadi inkişaf, hərtərəfli tərəqqi heç də asan məsələ deyildi. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır və nida” şüarı xalqımızı qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən Vətən müharibəsində cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşdirdi.”

M.Nağıyev yeni seçilmiş  sədr və müavini təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıb, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Çıxış edən M.Nağıyev VII qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr, öhdəliklər, yeni sturuktur və yeni fəaliyyət haqda partiya fəallarına məlumat verib.