10 dekabr 2021 17:16
940

Naftalanda Ulu Öndərin anım günü ilə bağlı video-konfrans keçirilib - FOTO

Naftalan şəhərində müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı video-konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı, YAP Naftalan şəhər təşkilatı, eyni zamanda idarə, müəssisə rəhbərləri iştirak ediblər.

Tədbirin açılışında Ulu Öndərin və Vətən uğrunda canından keçmiş Şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ŞİH-nin başçısı çıxış edərək vurğulayıb ki, hələ sovet dövründə ulu öndər Heydər Əliyevin gərgin əməyi və böyük fədakarlıqları nəticəsində Azərbaycanda bütün sahələrdə uğurlar əldə edilib, eyni zamanda fenomen şəxsiyyətin yenidən hakimiyyətə qayıdışı ilə uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkənin beynəlxalq aləmdə nüfuzu artıb, hərtərəfli inkişafa nail olunmuş, müstəqilliyimiz əbədi və dönməz olub.

Həmçinin, qeyd edilib ki, dahi şəxsiyyətin layiqli siyasi davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu Öndərin əmanətinə ləyaqətlə sahib çıxaraq, Ata vəsiyyətini yerinə yetirərək, 44 günlük Vətən müharibəsində mənfur düşmənin işğalına son qoydu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

Digər çıxışçılar, Ulu Öndərin şərəfli ömür yoluna nəzər salaraq,  Ümummilli Liderin müstəsna xidmətləri ilə xalqımızın yaddaşında əbədiyaşarlıq qazandığını xüsusi qeyd ediblər.

Sonda məktəblilərin ifasında “Sən elə bir zirvəsən” adlı ədəbi-bədii kompazisiya dinlənilib.