11 dekabr 2021 18:45
837

Şabran və Siyəzən rayonlarında Ümummilli Liderin xatirəsi yad edilib FOTO

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım günü ərəfəsində ölkəmizin hər bir güşəsində Ulu Öndərin əziz xatirəsi böyük hörmət və ehtiramla yad edilir.

Şabran və Siyəzən rayonlarında da Ümummilli Liderin xatirəsi yad edilib. 

“İki sahil” xəbər verir ki,  Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, bu rayonlardan olan şəhidlərin ailə üzvləri və qazilərlə birlikdə Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini dərin hörmət və ehtiramla anaraq, önünə tər çiçəklər düzüblər.

Milli Məclisin deputatı Sadiq Qurbanov qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında, onun müstəqilliyinin, ölkəmizin beynəlxalq birliyin tam və bərabərhüquqlu üzvünə çevrilməsində, dövlətçilik tarixində müstəsna xidmətləri əvəzedilməz və danılmazdır. Müasir müstəqil Azərbaycan dövlətinin banisi olan ulu öndər Heydər Əliyev bütün ömrü boyu ölkəmizin məsuliyyətini öz çiyinlərində daşıyıb, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarıb, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaradıb.  Ulu Öndərin əziz xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaq.