Ötən gün ölkəmizdə aparılan 11 min 81 test nəticəsində məlum olub ki, 1 min 117 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 603 min 254-ə yüksəlib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində 15 nəfərin həyatını itirməsi nəticəsində ölənlərin ümumi sayını 8 min 70 nəfər təşkil edib.
Daha 1 min 581 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 574 min 615-ə yüksəldib.
FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb