Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 min 944 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 3 min 447, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 198, “buster” doza ilə peyvənd olunanların sayı 24 min 299 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 milyon 869 min 472, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 117 min 826, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 613 min 676 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 1 milyon 137 min 970 nəfərdir.
FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb