11 dekabr 2021 20:52
1088

Gədəbəydə şəhidimiz anıldı

Dekabrın 11-də Gədəbəy Rayon RİH başçısının vəzifəsini icra edən Natiq Nağıyev, YAP Gədəbəy rayon Təşkilatının sədri Rüstəm Nağıyev, YAP Gədəbəyə rayon təşkilatının Gənclər birliyinin üzvləri,  eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canından keçən Şəhidimiz - rayonun Çobankənd kənd sakini Əlizadə Şamxal Əvəz oğlunun ildönümü münasibətilə ruhuna dualar oxundu, ailəsi ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənildi.

“İki sahil” xəbər verir ki, Şəhid valideyinləri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!