Xalqımızın ulu öndəri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 18 il ötür. Müstəqil Azərbaycanın bütün uğurları, qazanılan hər bir zəfərimiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun qurduğu möhkəm təməl üzərində ölkə həyatının bütün sahələrində misilsiz inkişaf yaşanır, Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ölməz ideyaları bu gün də yollarımızı işıqlandırır.
“İki sahil” xəbər verir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi dünyanın müxtəlif ölkələrində yad edilir.
Həştərxandakı Azərbaycan diasporunun nümayəndələri də Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Diaspor nümayəndələri Ulu Öndərin Həştərxandakı abidəsinin ziyarət edərək, abidənin önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.