12 dekabr 2021 12:01
789

Abşeronda ümummilli lider Heydər Əliyevin xatirəsi dərin hörmətlə anılıb FOTO

Abşeronlular ümummilli lider Heydər Əliyevin xatirəsini dərin hörmətlə anıblar.

Ümumxalq məhəbbətinin təzahürünə çevrilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, bələdiyələrin, idarə və müəssisələrin rəhbərləri, əmək kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

"İki sahil" xəbər verir ki, tədbir iştirakçıları Xırdalan şəhərinin mərkəzində yerləşən Ulu Öndərin adını daşıyan parkda ucalan Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, dahi rəhbərin əziz xatirəsini ehtiramla anıblar.

Daha sonra Ulu Öndərin anım tədbiri Heydər Əliyev Mərkəzində davam edib.

Mərkəzdə nümayiş etdirilən fotoşəkillər və sənədli film hər kəsi yaxın keçmişə qaytarıb, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamları bir daha göz önündə canlanıb.