12 dekabr 2021 13:50
831

Sabirabadda ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

Ulu öndər Heydər Əliyevin anım günü Sabirabadda silsilə tədbirlərlə qeyd edilib.

"İki sahil" xəbər verir ki, rayon icra hakimiyyətinin nümayəndələri, təhsil, səhiyyə və mədəniyyət işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları Ulu Öndərin abidəsi önünə gələrək, dahi rəhbərə öz ehtiramlarını ifadə ediblər.

Ulu Öndər Sabirabada 14 dəfə səfər edib, rayonun sosial-iqtisadi, o cümlədən kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm tapşırıqlar verib. Rayonda inşa olunan obyektlərdən bir çoxu məhz Heydər Əliyevin göstərişi ilə tikilib. Sabirabadlılar dahi rəhbərin rayona göstərdiyi bu qayğını heç zaman unutmurlar və daim minnətdarlıq hissi ilə xatırlayırlar.