12 dekabr 2021 14:39
1144

Ulu öndər Heydər Əliyevin xatirəsi İmişlidə yad edilib FOTO

Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi respublikamızın hər yerində olduğu kimi, İmişlidə də dərin hörmət və ehtiramla anılıb.

YAP İmişli rayon təşkilatının aparat rəhbəri İlham Əsgərov “İki sahil”ə bildirib ki,  YAP İmişli rayon təşkilatı və  İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələri Ulu Öndərimiz Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini yad edərək abidənin önünə  gül-çiçək dəstələri qoyublar.  Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin əməkdaşları , YAP İmişli rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Səfa Ağayev və partiya fəalları iştirak ediblər.

Qeyd edilib ki, on səkkiz il öncə əbədiyyətə qovuşan Heydər Əliyevin əziz xatirəsi xalqın qəlbində daim yaşayacaq, heç vaxt yaddaşlardan silinməyəcək.