Dekabrın 12-də, səhər saatlarından başlayaraq Masallı şəhər Heydər Əliyev Parkında Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyev masallılar tərəfindən anıldı.
“İki sahil” xəbər verir ki, ölkəmizin hər yerində olduğu kimi Masallı rayonunda da Ulu Öndərin vəfatının 18-ci ildönümü dərin hüznlə anıldı.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, YAP Masallı Rayon Təşkilatı idarə heyətinin üzvləri, rayonun hüquq-mühafizə orqanları, idarə-müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ Müharibəsi Veteranları, ictimaiyyət nümayəndələri dahi rəhbərin abidəsi önünə tər güllər və qərənfil dəstələri düzərək Ümummilli Liderin xatirəsini ehtiramla yad etdilər, ruhuna dualar oxudular.
Ulu Öndərin abidəsini ziyarət axşam saatlarınadək davam edəcək.
Əlihüseyn Şükürov