12 dekabr 2021 14:51
947

Füzuli rayonunda Ulu Öndərin xatirəsi ehtiramla yad edilib FOTO

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Füzuli rayonunda da dərin hörmət və ehtiramla anılıb.

Füzuli rayon İcra Hakimiyyətinin və YAP Füzuli rayon təşkilatının rəhbərliyi Ulu Öndər Heydər Əliyevin anım günü münasibəti ilə onun rayon mərkəzindəki möhtəşəm abidəsini ziyarət edərək qarşısına gül -çiçək dəstələri düzmüş, əziz xatirəsini dualar oxuyaraq böyük məhəbbətlə yad etmişlər.

Anım mərasimində iştirak edən rayon sakinləri bildiriblər ki, Azərbaycan xalqı var olduqca Heydər Əliyevin xatirəsi ürəklərdə əbədi yaşayacaq.