12 dekabr 2021 16:55
989

Tərtərdə şəhidimiz anılıb

Dekabrın 12-də YAP Tərtər  Rayon Təşkilatının rəhbərliyi və fəalları 44 günlük Vətən müharibəsində qəhrəmancasına  həlak olmuş,  rayonun Seydimli kəndindən  şəhid, Abbasov Aysənan Əsgər oğlunun şəhadətinin ildönümü ilə əlaqədar keçirilən yas  mərasimində iştirak ediblər.

“İki sahil” xəbər verir ki, öncə şəhidin məzarı ziyarət olunaraq qəbri üzərinə gül-çiçək dəstələr qoyulub, əziz xatirəsi böyük ehtiramla yad edilib,  ruhuna dualar oxunub.

Şəhidin  xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa olunmuş bulaq kompleksini də ziyarət edilib.

Sonra şəhidin  valideyinləri ilə görüşərək ailəsinə  və yaxınlarına başsağlığı veriblər. Şəhidin valideyinləri ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğılara görə  möhtərəm Prezident İlham Əliyevəvə Birinci xanım Mehriban Əliyevaya  öz minnətdarlıqlarını  bildiriblər.

Allah şəhidlərimizə rəhmət eləsin.