Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Gədəbəy rayonunda da ehtiramla yad edilib.
“İki sahil” xəbər verir ki, YAP Gədəbəy rayon təşkilatının və Gədəbəy rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar YAP Gədəbəy rayon təşkilatının Gənclər Birliyininin üzvlərinin, hüquq- mühafizə orqanlarının rəhbərlərinin, eləcə də rayon ictimayyətinin nümayəndələrinin iştirakı ilə Ulu Öndərin Gədəbəy rayonunun mərkəzində ucalan abidəsini ziyarət edib, abidə önünə tər gül dəstələri düzərək əziz xatirəsini hörmət və ehtiramla yad ediblər.
Allah rəhmət eləsin!